Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

10 iyun 2023, 18:50

Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi və Sizin simanızda dost Belarus xalqını Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd etmək istərdim.

Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur.

Siz Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə vermisiniz.

Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcək, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 iyun 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 30 sentyabr 2023
13:10
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu...

30 sentyabr 2023, 13:10
SƏNƏDLƏR Fərmanlar 30 sentyabr 2023
13:08
“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan...

30 sentyabr 2023, 13:08