18:40
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
09 iyun 2023, 15:36Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1; 2016, № 6, maddə 1009; 2019, № 6, maddə 990; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.4-cü maddədə “müvafiq məsələlər barəsində” sözləri “, habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin, həmin maddəyə “hazırlanması” sözündən sonra “(öyrənilməsi)” sözü əlavə edilsin.
2. 1.0.8-ci maddəyə “layihələrinə” sözündən sonra “və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə” sözləri əlavə edilsin, həmin maddədə “mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları” sözləri “həmin orqanlar” sözləri ilə əvəz edilsin.
3. 7.1.5-ci maddəyə “ictimai” sözündən sonra “və yerli” sözləri əlavə edilsin.
4. 16.1-ci və 17.1-ci maddələrə “layihələri” sözündən sonra “və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2023-cü il
18:40
15:11
15:05

13:45

12:48

12:45

10:08
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:0816:50
Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:5010:47
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:4710:45
Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:4513:00
Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:0012:55