Xalkidon (Kadıköy) Baş Mitropoliti Emmanueldən

02 iyun 2023, 18:29

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Bu il mayın 10-da bütün dünyada hörmətli atanız, qürurlu Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edildi. Heydər Əliyev uzun illər ərzində çalışdığı işlərdə güclü liderlik keyfiyyətləri nümayiş etdirmiş, xalqını ötən əsrin mürəkkəb tarixi və siyasi təlatümlərindən uğurla çıxarmışdır. Onun səyləri ölkəsinin və xalqının müstəqilliyinin qorunması və möhkəmlənməsində həlledici rol oynamışdır. Heydər Əliyevin idarəçilik istedadı, siyasi qətiyyəti və dönməz əqidəsi hələ sovetlər dönəmində bir çox irimiqyaslı layihələrin həyata keçirilməsində özünü büruzə verdi.

Ötən əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkə daxili və xarici amillər, regional gərginlik və qarşıdurmalar, eləcə də iqtisadi problemlər səbəbindən böyük qeyri-müəyyənliklə üzləşdi. Heydər Əliyev Azərbaycanın taleyinin təhlükə altında olduğu böhranlı bir dövrdə hakimiyyətə gələrək ölkənin parçalanma və anarxiyadan xilas edilməsində həyati rol oynadı, bununla da davamlı inkişaf üçün zəmin yaratdı. Onun uzaqgörənliyi Azərbaycanın xüsusilə milli resursların səmərəli idarə olunması yolu ilə bugünkü iqtisadi tərəqqisində mühüm rol oynadı.

Heydər Əliyevin Vətəninə verdiyi töhfələr, o cümlədən müxtəlif sahələrdə hərtərəfli islahatların həyata keçirilməsi olduqca önəmlidir. Onun dövlət quruculuğu proqramı milli dilin qorunub saxlanılması, Azərbaycanın çoxəsrlik mənəvi və mədəni ənənələri ilə səciyyələnən qədim irsinin beynəlxalq miqyasda tanınması kimi nailiyyətlərlə nəticələndi.

Mən Sizin atanızla onun siyasi karyerasının son dövründə şəxsən görüşmək şərəfinə nail olmuşam. Məndə həmin görüşdən unudulmaz təəssürat yaradan onun Zati-müqəddəsləri Ekumenik Patriarx Varfolomeyə və digər dini liderlərə necə hörmət nümayiş etdirməsi idi.

Azərbaycana rəhbərlik etməklə dünyada silinməz iz qoymuş Heydər Əliyev bütün həyatı boyu azərbaycanlı olması ilə fəxr etmişdir.
O, həqiqətən milli qürur mənbəyidir və bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunur. Onun ölkənizin inkişafına verdiyi çoxsaylı töhfələrin işığında ümidvar olduğumu bildirirəm ki, Azərbaycan öz Ulu Öndərinin müəyyənləşdirdiyi yolla irəliləyərək bundan sonra da yeni zirvələr fəth edəcəkdir.

Emmanuel

Xalkidon (Kadıköy) Baş Mitropoliti

SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42