Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyandan

01 iyun 2023, 19:47

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident!

Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına “ACWA Power” şirkətinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycanın etibarlı və sadiq tərəfdaşı kimi dayanıqlı inkişafa, enerji transformasiyasına və iqtisadi tərəqqiyə nail olmaq üçün ölkənizin davamlı səylərinə dəstək göstərməkdən dərin iftixar hissi duyuruq. Azərbaycan ilə strateji tərəfdaşlığımız qarşılıqlı inam, hörmət və parlaq gələcək üçün ortaq baxış üzərində qurulub.

Sizə və Azərbaycan xalqına davamlı uğurlar və xoşbəxtlik arzulayıram. Qoy, Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bu əlamətdar bayram münasibətilə ən səmimi arzularımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Məhəmməd Əbunəyyan

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin

İdarə Heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55