01 iyun 2023, 14:02

Kəmalə Məmmədova və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Sizinlə fəxr edirik. Həm Vətən müharibəsində, həm də diplomatik müstəvidə ölkəmizə qələbə qazandırdığınıza görə çox xoşbəxtik. Biz şanslıyıq ki, Sizin kimi qətiyyətli, Vətənimizi beynəlxalq aləmə tanıdan dünya səviyyəli Liderimiz var. Cənab Prezident, Sizin fəaliyyətiniz gənclər üçün örnəkdir. Məhz Sizə - Ali Baş Komandana inanıb, ətrafınızda birləşməklə oğullarımız 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdilər. Sizə, dövlətimizə inam olmasaydı Zəfər də olmazdı. Sizin mötəbər tədbirlərdə etdiyiniz çıxışlar, düşmənə tutarlı faktlarla verdiyiniz cavablar hər birimizi qürurlandırır. Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək, güclənəcəkdir.

Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Kəmalə Məmmədova

Lalə Tağıyeva

Yeganə Vəliyeva

Aygün Əhmədova

Əli Sultanov

Azərbaycan Respublikası, Tərtər rayonu.