“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

31 may 2023, 14:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 866-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208, № 6, maddələr 1013, 1045; 2022, № 8, maddə 863; 2023, № 1, maddə 78) 3.13-cü bəndində “hissəsində” sözü “hissəsinin 1-ci bəndində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

SƏNƏDLƏR Müraciətlər 14 oktyabr 2026
10:30
6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayır, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıram.

44 günlük Vətən müharibəsind...

14 oktyabr 2026, 10:30
SƏNƏDLƏR Sərəncamlar 12 oktyabr 2026
15:10
2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tar...

12 oktyabr 2026, 15:10
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:09
“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. 2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzə...

12 oktyabr 2026, 15:09
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:08
“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hök...

12 oktyabr 2026, 15:08
SƏNƏDLƏR Qanunlar 12 oktyabr 2026
15:07
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallı...

12 oktyabr 2026, 15:07