Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

30 may 2023, 13:07

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək.

Hörmətlə,

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55