İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

28 may 2023, 19:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan güclü, firavan dövlətə çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi, sabitliyin sütunu hesab olunur. Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik.

İsrail ilə Azərbaycanın strateji müttəfiqliyi və tərəfdaşlığı illər ərzində daha da güclənmiş, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanmışdır.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfirlik açmaq barədə Sizin müdrik qərarınız məni sevindirmişdir. Səfirliyin açılması Sizin atanız, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə təsadüf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Gözəl ölkəniz barədə, onun tarixi və mədəniyyəti, Nizami Gəncəvinin poeziyası, Azərbaycanın təbiəti və görməli yerləri, xalqınızın istiqanlılığı və qonaqpərvərliyi haqqında çox eşitmişəm. Buna görə də həyat yoldaşım Mixal və mən gözəl ölkənizə səfəri, Zati-alinizlə, həmçinin birinci xanım Mehriban Əliyeva ilə görüşümüzü səbirsizliklə gözləyirik.

Azərbaycanın bu mötəbər bayramı münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi Sizdən bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram.

Hörmətlə,

İsxak Hersoq

İsrail Dövlətinin Prezidenti

SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23