13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə demək istəyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Böyük geosiyasi dəyişikliklər, eləcə də siyasi və iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, o cümlədən xarici siyasətinə anlayış və hörmət göstərmək son dərəcə vacibdir.
Sizin müdrikliyiniz və xarizmanız ölkənizi, xalqınızı tərəqqi yolu ilə irəliyə aparır və onilliklərdir ki, xalqınızın etimadını doğruldursunuz. Bu, təqdirəlayiq və hörmət ediləsi bir həqiqətdir.
Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edəcək və möhkəmlənəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.
Möhtərəm Prezident, icazə verin, Sizə bir daha dərin minnətdarlığımı, möhkəm cansağlığı, eləcə də dost Azərbaycan xalqının firavanlığı və inkişafı naminə xoş arzularımı çatdırım.
Hörmətlə,
Milorad Dodik
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
23 aprel 2025, 13:09Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38