Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyadan

26 may 2023, 17:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi və Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Ümumdünya Gömrük Təşkilatının adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz bu əlamətdar bayramı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bir vaxtda qarşılayırsınız.
O, yüksək səviyyəli gömrük xidmətinin əsasının qoyulmasını Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının və daha da inkişaf etdirilməsinin ən vacib amillərindən biri hesab edirdi.

Bu fürsətdən istifadə edərək, Ümumdünya Gömrük Təşkilatının Azərbaycanla tərəfdaşlığının gücləndirilməsinə Zati-alinizin töhfələrinə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu gün Sizin rəhbərliyinizlə və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi öz fəaliyyətini müasirləşdirməkdə davam edir.

Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirmək üçün yaxın gələcəkdə Zati-alinizlə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün görüşmək fürsətini səbirsizliklə gözləyirəm.

Cənab Prezident, xahiş edirəm, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Kunio Mikuriya

Ümumdünya Gömrük Təşkilatının Baş katibi

SƏNƏDLƏR Fərmanlar 05 iyun 2023
18:10
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin...

05 iyun 2023, 18:10
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2023
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

05 iyun 2023, 18:08
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2023
18:06
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

05 iyun 2023, 18:06
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2023
18:04
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,...

05 iyun 2023, 18:04
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2023
18:02
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,...

05 iyun 2023, 18:02
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2023
18:00
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001,...

05 iyun 2023, 18:00
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2023
15:09
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti...

05 iyun 2023, 15:09