S.İ.Paşayevin Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 may 2023, 16:57

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:                                                                                    

1. Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il