Xorvatiya İslam Cəmiyyəti Ali Şurasının sədri müfti Əziz Həsənoviçdən

22 may 2023, 14:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə biz onun Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasında böyük xidmətlərini bir daha xatırlayırıq. Bu əlamətdar yubiley, həmçinin Heydər Əliyevin tolerantlıq və inklüzivlik baxımından nümunə olan firavan Azərbaycanın inkişafında nailiyyətlərini təqdir etmək üçün gözəl fürsətdir. Zati-aliləri Heydər Əliyev bizim hamımıza müasir dövlətin inkişaf yolunu göstərdi, eyni zamanda, bütün azərbaycanlıları öz ətrafında toplaya bildi.

Biz, həmçinin məmnunuq ki, cənab Əliyev, Siz liderliyinizlə bu ənənəni və bu yolu davam etdirirsiniz. Şübhəsiz ki, bu xidmətləriniz sayəsində Sizin dünya liderləri arasında müasir tarixdə xüsusi yeriniz var. Xorvatiyalı müsəlmanlar və mən Sizə və bütün Azərbaycan xalqına qarşıdakı illərdə böyük uğurlar arzulayırıq. Uca Allahdan Ulu Öndər Heydər Əliyevə rəhmət diləyir, Sizə və bütün dünya müsəlmanlarına cansağlığı arzulayıram.

Allah Sizin xeyirxah işlərinizi daim mükafatlandırsın!

Allah Sizi qorusun!

Dərin ehtiramla,

Müfti Əziz Həsənoviç

Xorvatiya İslam Cəmiyyəti Ali Şurasının sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20