Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan

22 may 2023, 15:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Əlamətdar tarix – dahi atanız, görkəmli siyasət və dövlət xadimi, qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün Müstəqil Dövlətlər Birliyinin əksər ölkələrində və Rusiyanın regionlarında böyük sovet ölkəsinin sosial-iqtisadi inkişafına Heydər Əlirza oğlunun çox qiymətli töhfələrini yüksək ehtiramla xatırlayırlar.

Onu haqlı olaraq müasir müstəqil Azərbaycanın qurucusu adlandırırlar. O, Vətənə sədaqətli xidməti ilə həqiqətən bütün azərbaycanlıların əsl xalq sevgisini qazanıb.

Hörmətli İlham Heydər oğlu, Siz ata vəsiyyətini yorulmadan yerinə yetirməklə və ailə ənənələrini möhkəmləndirməklə ölkənin dinamik və hərtərəfli inkişafını təmin etmisiniz, bütün sahələrdə onun əsl suverenliyinə nail olmusunuz, ərazi bütövlüyünü bərpa etmisiniz, dövlətin beynəlxalq arenada təhlükəsizliyini və nüfuzunu möhkəmləndirmisiniz.

Ümummilli Lider Heydər Əliyevin parlaq xatirəsi qarşısında dərin ehtiramımı ifadə edərək, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh, daha böyük inkişaf və rifah diləyirəm.

Dərin hörmətlə,

İlyas Umaxanov

Rusiya Federasiyasının senatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55