Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

22 may 2023, 11:59

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Bu il müstəqil Azərbaycan Respublikasının tarixində xüsusi il – “Heydər Əliyev İli”dir. Ümummilli Lider 1993-cü ildə müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi zamanda hakimiyyətə qayıtdı və müstəqilliyimizi qoruyub saxladı. Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə sülh və inkişaf gətirdi.

Siz Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz, 30 ilǝ yaxın işğal altında qalmış torpaqlarımız Sizin siyasətinizin nəticəsində azad edildi.

Möhtərəm cənab Prezident, artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü bərpa olundu və doğma yurdlarını tərk etmiş vətəndaşlarımız bu gün çiçəklənən Qarabağa, Şərqi Zəngəzura - ana yurdlarına qayıdırlar. Bu proseslər Sizin uzun illərə hesablanmış və düşünülmüş siyasətiniz nəticəsində mümkün oldu.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi xalqımızın Qələbəsi ilə başa çatdı və bu gün ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.

Sizə işlərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi

SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22