“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostindən

20 may 2023, 13:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

“VTB Bank”ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımlayır. Rusiyada şəxsən Sizin ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə yönəlmiş böyük səylərinizi yüksək qiymətləndirirlər. Sizin ortaq tariximizin, insanlar, o cümlədən sahibkarlıq icmaları arasında yaranmış mehriban qonşuluq, dostluq əlaqələrinin qorunub saxlanılmasının vacibliyini yüksək dəyərləndirməyiniz iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyinin və strateji xarakterinin əyani təzahürləridir.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına isə səadət, firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Andrey Kostin

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti –

İdarə Heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55