İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

19 may 2023, 11:00
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səfir, ilk növbədə, Azərbaycanda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. O qeyd etdi ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirdi ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirdi ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd etdi.

Eyni zamanda, səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu dedi, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirdi.

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirdi. Səfir paytaxtımızda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də xoş təəssürat hissi doğurduğunu dedi.

Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd etdi ki, Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlətimizin başçısı vurğuladı ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirildi.

Azərbaycan Prezidenti qeyd etdi ki, 30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.

Azərbaycan Prezidenti, eyni zamanda vurğuladı ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik məsələsinə toxunaraq ölkəmizin sədrliyi dövrünün bu Hərəkatın institusional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, məlum olduğu kimi, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilib. Azərbaycan Prezidenti bundan sonra da Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadiqliyin davam etdirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirdi.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu, ötən il isə bu təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmli hadisə kimi dəyərləndirdi.

Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:48
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...

14 avqust 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:46
“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

14 avqust 2026, 13:46
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:45
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının...

14 avqust 2026, 13:45
SƏNƏDLƏR Qanunlar 14 avqust 2026
13:44
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının...

14 avqust 2026, 13:44
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
12:57
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

14 avqust 2026, 12:57
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
12:56
“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə...

14 avqust 2026, 12:56
SƏNƏDLƏR Qanunlar 14 avqust 2026
12:55
“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Seleksiya nailiyyətləri haqqında”...

14 avqust 2026, 12:55
SƏNƏDLƏR Fərmanlar 13 avqust 2026
16:03
“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:   ...

13 avqust 2026, 16:03
SƏNƏDLƏR Fərmanlar 13 avqust 2026
16:02
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar...

13 avqust 2026, 16:02