19 may 2023, 17:42

Nərgiz Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətiniz sayəsində həm bu sahələr inkişaf edir, həm də bu sahələrdə çalışan yaradıcı şəxslərin iş şəraiti yaxşılaşır.

Siz mədəniyyət və incəsənət xadimlərinin əməyini daim diqqətdə saxlayır, onları mütəmadi olaraq fəxri adlarla, orden, medal, təqaüd və mükafatlarla təltif edirsiniz.

Cənab Prezident, mənim də əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əliyeva Nərgiz, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru, Əməkdar artist, Prezident mükafatçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri.