İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

17 may 2023, 15:10
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilərlə bağlı məlumat verdi.

Bildirildi ki, hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.

Dövlətimizin başçısı və birinci xanım sərgidə “Grow Group Azərbaycan”, “Maschio Gaspardo”, “New Holland”, “Rostselmaş”, “MySilo”, “Rauch Landmashchinen”, “SwissGrow”, “AfiMilk”, “Gowan”, “Can-Pa” şirkətlərinin, Çexiyanın, İtaliyanın, Belarusun, Gürcüstanın, ABŞ-ın və Niderlandın stendləri ilə tanış oldular. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikaları, əkin-biçin aqreqatları və kənd təsərrüfatı məhsulları təqdim olunur.

Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirildi ki, kənd təsərrüfatı məhsullarının istehsalında ərzaq və qida təhlükəsizliyi başlıca şərtlərdən biridir və Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verirlər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış oldular. Burada Ümummilli Lider Heydər Əliyevə həsr olunan xüsusi təqdimat hazırlanıb. Bildirildi ki, bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Buna görə də sərgilər də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.

Pavilyonda, həmçinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.

Burada müxtəlif yarış və müsabiqələrin qalib aqrar startapçıları tərəfindən arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, ənənəvi balıqyetişdirmə üsullarını hidroponik əkinçiliklə birləşdirən sistem, bioqaz, alternativ enerji mənbələrindən əldə edilmiş hidrogen qazı, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqrorobot, avtomobillər üçün portativ qida bloku, külək və günəş izləmə qurğuları, idarəolunan günəş panelləri, uzaqdan idarəolunan sayğaclar, külək turbinləri, iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, suvarmada istifadə olunan günəş enerjisi ilə işləyən inventorlar sərgilənir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.

Bildirildi ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər.

Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnikalar nümayiş olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərtexnika” MMC, “Agritex” MMC, “Agromotors” şirkətlərinin və Gəncə avtomobil zavodunun texnikaları ilə tanış oldular.

Qeyd edək ki, üç gün davam edəcək sərgilər çərçivəsində Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yaşıl kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah - Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı da təşkil ediləcək.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 08 iyun 2023
15:58
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,...

08 iyun 2023, 15:58
SƏNƏDLƏR Fərmanlar 08 iyun 2023
15:56
“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may...

08 iyun 2023, 15:56
SƏNƏDLƏR Fərmanlar 07 iyun 2023
14:09
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 aprel tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 iyun 2023, 14:09
SƏNƏDLƏR Fərmanlar 07 iyun 2023
14:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında”...

07 iyun 2023, 14:07
SƏNƏDLƏR Qanunlar 07 iyun 2023
14:05
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq...

07 iyun 2023, 14:05
SƏNƏDLƏR Sərəncamlar 06 iyun 2023
19:00
Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı...

06 iyun 2023, 19:00