Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmendən

12 may 2023, 18:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu əlamətdar günlərdə Zati-alinizə ən dərin ehtiramımı bildirmək istəyirəm. Tarixi şəxsiyyət olan atanız Azərbaycanda müstəqil və güclü dövlətin qurulmasının əsasını qoyub.

Bu qüdrətli ölkədə Heydər Əliyev bütün dinlərə və xalqlara böyük dəyər verərək, onların qarşılıqlı harmoniyada yaşamasını təmin edib. Bu gözəl ənənə Azərbaycanda indi də layiqincə davam etdirilir. Azərbaycanda səfərdə olan hər kəs bunun əyani şahidi olur.

Cənab Prezident, mərhum atanızın yolunu davam etdirərək Zati-alinizin dinlərarası dialoqun gücləndirilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir. Biz bunun da əyani şahidləriyik.

Ulu Öndər Heydər Əliyevin xatirəsini onun 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə rəhmət və hörmətlə anırıq. Ruhu şad, məkanı cənnət olsun!

Ən dərin ehtiramla,

Filuksinos Saliba Özmen

Mardin və Diyarbəkir Mitropoliti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55