Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahidən

12 may 2023, 16:19

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Xahiş edirəm, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, atanız Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Masdar” şirkəti adından ən xoş arzularımı qəbul edin.

Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişafına töhfə verən, güclü enerji iqtisadiyyatını formalaşdırmaq üçün mütərəqqi strategiyanı müəyyənləşdirən dahi dövlət xadimi idi. Bu gün həmin strategiya Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. “Masdar” şirkəti həmin strategiyanı dəstəkləməkdə mühüm rol oynamaqdan şərəf duyur və biz dünya səviyyəli təmiz enerji layihələrinin inkişafı istiqamətində birgə işləməyə davam etdiyimiz üçün Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk.

Cənab Prezident, dahi Ümummilli Liderin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm.

Hörmətlə,

Məhəmməd Cəmil Əl-Ramahi

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20