10:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.
25 may 2025, 10:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsi Sizə öz ehtiramını ifadə edir və Zati-alinizə firavanlıq, Uca Yaradanın mərhəmətini arzulamaq şərəfini duyur.
Bu il mayın 10-da bütün dünyada ehtiram və nüfuz qazanmış görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Ruhani idarəsi Sizin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi barədə Sərəncamınızı ürəkdən dəstəkləyir. Azərbaycan Respublikasında və Rusiya Federasiyasında bu əlamətdar tarixə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.
Heydər Əliyevin Azərbaycan Respublikası və ümumilikdə keçmiş Sovet İttifaqının tarixində misilsiz xidmətləri olub. Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş yeganə azərbaycanlıdır.
O, 1980-ci illərdə beş il müddətinə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub. Bu dahi şəxsiyyət Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın bünövrəsini qoyub, dövlətlərimizin və xalqlarımızın dostluğunun, qarşılıqlı anlaşmasının möhkəmlənməsinə böyük şəxsi töhfə verib.
Heydər Əliyevin qarşısında miqyasına görə misilsiz vəzifə dururdu. Onun titanik fəaliyyətinin nəticəsində Azərbaycanın sənayesi kökündən dəyişdi, bütün infrastruktur yeniləndi və iqtisadiyyatda islahatlar, modernləşmə həyata keçirildi, respublikanın qədim paytaxtı intibah dövrünü yaşadı.
Heydər Əliyevin dinə, milli-əxlaqi dəyərlərə hörməti onun əməllərində əksini tapır, bütün dünya müsəlmanlarının xatirəsində yaşayır. Heydər Əliyev Sankt-Peterburqa səfərləri zamanı həmişə bu şəhərdəki Sobor məscidinin fəxri qonağı olurdu. Rusiyanın Sankt-Peterburq və Şimal-Qərb regionunun müsəlmanları onun şəxsiyyətini qəlblərində gözəl hisslərlə xatırlayırlar.
Sankt-Peterburqda Heydər Əliyevlə bağlı çoxlu xatirə məkanları var. Şəhərin Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ DTN-in ali məktəbinin yerləşdiyi mərkəzi küçələrindən birində görkəmli siyasət və dövlət xadimi, Ulu Öndərin şərəfinə xatirə lövhəsi qoyulub. Rusiya Federasiyasının mədəniyyət paytaxtının sakinləri Azərbaycan Prezidenti Heydər Əliyevin Sankt-Peterburqa hədiyyəsini – dahi Azərbaycan şairi Nizami Gəncəvinin gözəl abidəsini xatırlayırlar.
Sevindirici haldır ki, Siz bu gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirirsiniz. Siz həmişə ölkədə insan hüquqları və azadlıqlarının təmin edilməsinə, dini-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirirsiniz.
Ruhani idarəsi fürsətdən istifadə edərək Sizə öz dərin ehtiramını bildirir və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dini, iqtisadi, sosial, siyasi və digər sahələrdə səmərəli əməkdaşlığın davamlı inkişafını arzulayır.
Dərin hörmətlə,
Müfti Ravil Pançeyev
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu
Müsəlmanlarının Ruhani İdarəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.
25 may 2025, 10:50Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
25 may 2025, 10:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin quruculuq...
23 may 2025, 19:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və...
23 may 2025, 17:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizə öz ehtiramımı ifadə edim və 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.
Bu bayram Azərbaycan...
23 may 2025, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Ötən müddət ərzində...
23 may 2025, 15:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi...
23 may 2025, 14:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...
23 may 2025, 14:20Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik...
23 may 2025, 14:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan...
23 may 2025, 13:17Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan...
23 may 2025, 12:07