Qətər Dövlətindəki Beynəlxalq Müsəlman Alimləri Birliyinin Baş katibi, professor Əli Muhyiddin Əl Qaradağıdan

11 may 2023, 20:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident!

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Beynəlxalq Müsəlman Alimləri Birliyi Sizə ən yüksək təqdir və ehtiramını ifadə edir və ümidvar olduğunu bildirir ki, Siz dini və dünyəvi işlərinizdə xeyir və səadət içində daha çox müvəffəqiyyət və mükafata qovuşacaqsınız.

Cənab Prezident, 2023-cü il 10 may tarixinin yaratdığı fürsətdən istifadə edərək, qardaş Azərbaycan dövlətinin qurucu Prezidenti, Allahın izni ilə mərhum Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, birliyi, tərəqqisi və rifahı, onu regionda qabaqcıl, güclü və çiçəklənən ölkəyə çevirmək naminə göstərdiyi böyük xeyirxah səylərini təqdirlə anırıq.

Möhtərəm Prezident, bu gün biz görürük ki, Zati-alinizin böyük səyləri demokratik islahatlar, dini və iqtisadi azadlıqlar, tolerantlıq dəyərlərinin möhkəmlənməsi, İslam ümmətində qardaşlıq əlaqələrinin dərinləşməsi, eləcə də İslam əməkdaşlığına dəstək baxımından ulu atanızın siyasətinin davamı və inkişafıdır. Biz görürük ki, Uca Tanrının məsləhəti, Sizin mükəmməl rəhbərliyiniz sayəsində Azərbaycan cəmi 44 gün ərzində əldə etdiyi Zəfərlə otuz ildən artıq işğalda qalan torpaqlarını azad edib öz suverenliyini, ərazi bütövlüyünü bərpa edə bildi. Beləliklə, Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu ölkəyə çevrilərək, dünyanın diqqətini Qafqaz regionunda, Xəzər dənizi hövzəsində yerləşən, intibah yaşayan bu ölkəyə yönəltməklə, özünün müasir tarixində yeni mərhələyə qədəm qoydu.

Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, on minlərlə alimi, onlarla üləma cəmiyyətlərini birləşdirən, bütün gücü ilə Azərbaycan xalqı, hökuməti və Prezidenti ilə yan-yana dayanan Beynəlxalq Müsəlman Alimləri Birliyi ölkə və xalq üçün faydalı olan, islami maliyyə institutlarının nizamlanmasına, iqtisadiyyatın möhkəmlənməsinə töhfə verə biləcəyimiz hər işdə Zati-alinizlə və əziz ölkənizdə dini işlərdən məsul qurumlarla əməkdaşlıq etməyə hazırdır.

Zati-alinizin şəxsiyyətinə bir daha minnətdarlığımızı bildirir, böyük xalqınıza xidmətinizdə Sizə bundan sonra da uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, rifah, tərəqqi və firavanlıq diləyirik.

Daim Allah amanında olun!

Hörmətlə qardaşınız,

Professor Əli Muhyiddin Əl Qaradağı

Qətər Dövlətindəki Beynəlxalq Müsəlman Alimləri Birliyinin Baş katibi

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26