İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər

10 may 2023, 16:40
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.

Xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verildi.

Qeyd edək ki, Şuşada Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən başlanılıb. Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə əsaslı təmir işləri aparılacaq. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialının fəaliyyət göstərməsi nəzərdə tutulur.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00