İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub

04 may 2023, 18:00
İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub.

Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.

Ekoloji memarlıq konsepsiyasına əsasən, Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə olunacaq. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2026
16:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan...

11 fevral 2026, 16:28