Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü, 15-ci, 18-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461; 2007, № 5, maddə 436, № 11, maddə 1053; 2008, № 5, maddə 348; 2009, № 12, maddə 948; 2011, № 7, maddə 591; 2017, № 10, maddə 1773; 2018, № 12 (I kitab), maddələr 2468, 2527; 2019, № 1, maddə 33, № 5, maddə 792; 2021, № 6 (I kitab), maddə 556; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli və 20 dekabr tarixli 709-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 42.1-ci maddənin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
1.2. 43.1-ci maddədə “kütləvi informasiya vasitəsində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Maddə 2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.2-ci maddədə “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;
2.2. 4.3.18-ci maddədə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695; 2007, № 5, maddə 437, № 10, maddələr 932, 938; 2008, № 7, maddə 602; 2009, № 1, maddə 6; 2014, № 11, maddə 1374; 2015, № 11, maddə 1273; 2016, № 6, maddə 992; 2017, № 1, maddə 8, № 11, maddə 1982; 2018, № 5, maddə 884; 2019, № 11, maddə 1690; 2020, № 7, maddə 829; 2021, № 8, maddə 898; 2022, № 5, maddə 433) 19.2.7-ci maddəsində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
Maddə 4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184, № 12, maddə 1901; 2020, № 6, maddə 669, № 7, maddə 829; 2021, № 7, maddə 711; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanunu) 61.5.3-cü maddəsində, 62.4-cü maddəsinin birinci cümləsində və 62.5-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Maddə 5. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70, № 11, maddə 1046; 2009, № 6, maddə 397, № 12, maddələr 948, 949; 2010, № 7, maddə 600; 2011, № 4, maddə 259; 2013, № 4, maddə 356; 2015, № 2, maddə 84, № 4, maddə 365; 2016, № 11, maddə 1787; 2017, № 1, maddə 10, № 5, maddə 746, № 6, maddələr 1023, 1038; 2018, № 3, maddə 374, № 6, maddə 1181, № 12 (I kitab), maddə 2508; 2021, № 12, maddə 1315) 16.1-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Maddə 6. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310; 2019, № 1, maddə 31; 2020, № 7, maddə 825, № 12 (I kitab), maddə 1437; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 710-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 8.1.6-cı maddədə və 30.3.1-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin;
6.2. 22.4-cü maddədə, 28.1-ci maddənin birinci cümləsində, 30.1-ci, 30.2-ci və 30.4-cü maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Maddə 7. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748, № 11, maddə 1093; 2010, № 4, maddə 276; 2016, № 11, maddə 1772; 2017, № 5, maddə 704, № 12 (I kitab), maddə 2252; 2018, № 12 (I kitab), maddə 2501; 2019, № 1, maddə 3; 2020, № 12 (l kitab), maddə 1456; 2021, № 12, maddə 1331; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 711-VIQD nömrəli Qanunu) 16.3-cü maddəsinin üçüncü cümləsində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin.
Maddə 8. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 481; 2014, № 11, maddə 1350; 2016, № 4, maddə 651; 2018, № 5, maddə 892; 2020, № 7, maddə 831; 2021, № 6 (I kitab), maddə 547) 5.3-cü maddəsinin birinci cümləsində “teleradio” sözü “televiziya və radio” sözləri ilə və hər iki halda “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin.
Maddə 9. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1248; 2017, № 6, maddə 1032; 2022, № 7, maddə 703) 3.0.7-ci, 3.0.9-cu maddələrində, 15-ci maddəsinin adında, 15.1-ci və 15.2-ci maddələrində “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2023-cü il