Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 23-cü bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, № 12, maddə 1881; 2020, № 3, maddə 225, № 6, maddə 671; 2021, № 12, maddə 1345; 2022, № 7, maddə 693) 1-ci maddəsinin ikinci hissəsində “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü ilə əvəz edilsin.
Maddə 2. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 561; 2000, № 3 (I kitab), maddə 136; 2003, № 4, maddə 178; 2004, № 3, maddə 133; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 172; 2011, № 3, maddə 162; 2013, № 4, maddə 359; 2016, № 6, maddə 1002) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6-cı maddənin yeddinci abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
2.2. 7-ci maddədə və 14-cü maddənin yeddinci hissəsində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;
2.3. 9-cu maddənin birinci hissəsinin dördüncü abzasında “informasiya vasitələrinin” sözləri “informasiyanın” sözü ilə əvəz edilsin.
Maddə 3. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343; 2013, № 5, maddə 483; 2017, № 2, maddə 143; 2019, № 3, maddə 377, № 12, maddə 1882) 9-cu maddəsinin altıncı hissəsində “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü ilə, “normalarına” sözü “tələblərinə” sözü ilə əvəz edilsin.
Maddə 4. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 171; 2006, № 12, maddə 1005; 2016, № 6, maddə 1009, № 12, maddə 2012; 2019, № 6, maddə 989; 2020, № 7, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci maddədə “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü ilə əvəz edilsin;
4.2. 6.0.2-ci maddədə “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin;
4.3. 10.5-ci və 10.6-cı maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Maddə 5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346, № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12 (I kitab), maddə 2255; 2018, № 6, maddə 1161; 2019, № 4, maddə 588, № 7, maddə 1177, № 12, maddə 1882; 2020, № 8, maddə 1012; 2021, № 12, maddə 1343; 2022, № 8, maddə 833; Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD və 771-VIQD nömrəli qanunları) 5.2-ci, 22-ci və 30-cu maddələrində “Televiziya və radio yayımı haqqında” sözləri “Media haqqında” sözləri ilə əvəz edilsin.
Maddə 6. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81, № 11, maddə 1291; 2016, № 6, maddə 1009; 2017, № 3, maddə 329; 2018, № 7 (I kitab), maddə 1419; 2019, № 4, maddə 599, № 6, maddə 989; 2022, № 8, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.0.8-ci, 30.2.1-ci və 33.1.1-ci maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
6.2. 6.2-ci maddədə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;
6.3. 31.3-cü maddədə “teleradio verilişlərində” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9; 2018, № 12 (I kitab), maddə 2479; 2019, № 12, maddə 1882; 2021, № 11, maddə 1206) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 6.0.8-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
7.2. 14.0.3-cü maddədə “teleradio yayımı, kabel televiziyası” sözləri “televiziya və radio yayımı” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175, № 11, maddə 2193; 2019, № 7, maddə 1183; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895, № 12, maddə 1315; 2022, № 7, maddə 692) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 17.2-ci maddədə “kütləvi informasiya” sözləri “media” sözü ilə əvəz edilsin;
8.2. 17.3-cü maddədə “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü ilə, “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
8.3. 20.1.25-ci maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;
8.4. 20.2-ci və 46-cı maddələrdə “Televiziya və radio yayımı” sözləri “Media” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2023-cü il