11:07
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36; 2022, № 4, maddələr 314, 324, № 8, maddə 871; 2023, № 1, maddə 84; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2049 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)” və “, habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri çıxarılsın;
2.2. 5.5-ci bəndin birinci cümləsində “bir birinci müavini və üç müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;
2.3. 5.6.9-cu yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;
2.4. 5.6.11-ci yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;
2.5. 5.7-ci bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2023-cü il
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə...
05 iyun 2026, 18:49Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi...
05 iyun 2026, 18:43Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən...
05 iyun 2026, 17:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Məmnuniyyətlə...
05 iyun 2026, 16:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan...
05 iyun 2026, 15:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli...
05 iyun 2026, 15:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının...
05 iyun 2026, 15:14Hörmətli iştirakçılar,
Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq...
05 iyun 2026, 12:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc...
04 iyun 2026, 17:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi...
04 iyun 2026, 17:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş...
04 iyun 2026, 17:26