İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib

09 mart 2023, 14:25
İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən-ilə artdığı vurğulandı. Budəfəki Forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirildi.

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərimizə dünən etdiyi səfərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirdi.

Şahzadə Turki Al Faysal Al Saud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısını təbrik etdi. Qonaq işğaldan azad olunmuş ərazilərimizə səfərinin ona dərindən təsir etdiyini bildirdi.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulandı və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00