09 mart 2023, 19:09

Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Müəllim adına verdiyiniz yüksək dəyərə və bu peşənin sahiblərinə göstərdiyiniz qayğıya görə məktəbimizin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” 2023-cü il 23 fevral tarixli Sərəncamınız müəllimlərə olan diqqətinizin növbəti təzahürüdür. Sizin qayğınız bizə ruh yüksəkliyi verir, işimizə daha da həvəsləndirir. Gənc nəslin vətənpərvər və hazırlıqlı yetişməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizə əmin ola bilərsiniz.

Ulu Tanrı Sizi hifz etsin.

Hörmətlə,

Ələkbərov Nəsimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.