Azərbaycan Respublikası Prezidentinin “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 2018-ci il 29 mart tarixli 3851 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2019-cu il 22 iyul tarixli 1334 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03 mart 2023, 16:22

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275; 2019, № 5, maddələr 877, 899, № 8, maddə 1065, № 11, maddə 1377; 2022, № 5, maddə 532, № 8, maddə 912) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.1.6-cı, 5.1.1.7-ci və 5.1.3.1-ci yarımbəndlərin “İcraçılar” sütununda “TN” akronimi “ETN” akronimi ilə əvəz edilsin;

1.2. 5.1.2.9-cu yarımbəndin “İcraçılar” sütununda “AMEA” akronimi “ETN” akronimi ilə əvəz edilsin;

1.3. “Akronimlər” hissəsi üzrə:

1.3.1. “TN – Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sözləri “ETN – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.3.2. “AMEA - Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın.

2. “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 571; 2019, № 2, maddə 306, № 6, maddə 1129; 2022, № 5, maddə 532) 1-ci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.1.8.2-ci, 7.4.1.1–7.4.1.6-cı, 7.4.4.2-ci, 7.4.4.3-cü və 7.4.4.6-cı yarımbəndlərin “Digər icraçı qurumlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

3.2. 7.2.12.1-ci və 7.2.12.2-ci yarımbəndlərin “Digər icraçı qurumlar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.3. 7.4.3.1-ci və 7.4.3.2-ci yarımbəndlərin “Əsas icraçı qurum” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1276; 2020, № 12 (III kitab), maddə 1537) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın “4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1.7-ci, 4.1.11-ci və 4.1.21-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.2. 4.3.6-cı yarımbəndin “İcraçı orqanlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

4.3. 4.4.4-cü, 4.4.6-cı, 4.4.12-ci, 4.4.17-ci, 4.4.18-ci, 4.4.25-ci, 4.4.26-cı, 4.4.29-cu, 4.4.34-cü və 4.4.37-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;

4.4. 4.4.7-ci yarımbəndin “İcraçı orqanlar” sütununda “Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.5. 4.4.14-cü yarımbəndin “İcraçı orqanlar” sütununa “Kənd Təsərrüfatı Nazirliyi,” sözlərindən sonra “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin və həmin yarımbəndin “İcraçı orqanlar” sütunundan “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın;

4.6. 4.4.15-ci və 4.4.16-cı yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.7. 4.4.23-cü yarımbəndin “İcraçı orqanlar” sütununa “Gənclər və İdman Nazirliyi,” sözlərindən sonra “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16