İlham Əliyev Kubanın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

28 fevral 2023, 17:20
İlham Əliyev Kubanın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğuladı və dedi ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd etdi.

Əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirən Prezident İlham Əliyev bunun səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu dedi.

Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycanda fəaliyyətinin yüksək qiymətləndirildiyini dedi, bu amilin ikitərəfli əlaqələrimizin inkişafına əsaslı töhfə verdiyini vurğuladı.

Kubanın vitse-prezidentinin səfərinin münasibətlərimizin genişləndirilməsinə əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycana səfərin onda xoş təəssüratla yadda qalacağına əminliyini ifadə etdi.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştiraka dəvətə və qəbula görə minnətdarlığını bildirən Salvador Antonio Valdes Mesa, ilk növbədə, Kuba Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş etdi və onunla görüşünü məmnunluqla xatırladığını bildirdi.

Qonaq ənənəvi dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Fidel Kastronun mühüm rol oynadıqlarını qeyd etdi. O, bu il Ulu Öndərin anadan olmasının 100 illiyinin qeyd edildiyini xüsusi vurğuladı.

Salvador Antonio Valdes Mesa ölkələrimiz arasında münasibətlərin daha da inkişafında Kuba tərəfinin də ciddi siyasi iradəsinin olduğunu dedi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19-a qarşı mübarizə kimi çətin bir dövrə təsadüf etdiyini, lakin ölkəmizin təşkilata çox fəal və uğurlu sədrliyini davam etdirdiyini deyən qonaq Qoşulmama Hərəkatının inkişafı üçün ölkəmizin böyük işlər gördüyünü, təşkilata üzv dövlətlərə dəstəyini əsirgəmədiyini xüsusi vurğuladı və buna görə təşəkkürünü bildirdi.

Kubanın vitse-prezidenti dedi ki, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Kubanın G77-nin sədri qismində əməkdaşlığımızı dərinləşdirmək və bu iki təsisat arasında münasibətlərin inkişafında maraqlı olduğunu, Cənub-Cənub əməkdaşlığının dərinləşməsi üçün çalışdığını qeyd etdi.

Qonaq ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin tükənmədiyini vurğuladı, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmlərinin oxşar cəhətlərdən olduğunu qeyd etdi, xalqımızın işğal və təcavüzlə heç zaman barışmadığını, öz torpaqlarımızı 30 ilə yaxın davam edən işğaldan azad etdiyimizi diqqətə çatdırdı.

Prezident İlham Əliyev dedi ki, Kuba xalqı dünyaya sübut etdi ki, azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözüb və bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb. Bu oxşarlıq isə xalqlarımızı bir-birinə daha da bağlayır.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02