Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 fevral 2023, 18:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 757-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685; 2022, № 5, maddə 444) ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bəndə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi,” sözləri əlavə edilsin.

2. 6.1.12-ci yarımbəndə “icraatın” sözündən sonra “, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə dair işlər üzrə məhkəmə icraatının” sözləri əlavə edilsin.

3. 6.1.17-ci yarımbəndə “mübahisələrinə” sözündən sonra “, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə” sözləri əlavə edilsin.

4. 13.6-cı bəndə “10-1.2-ci” sözlərindən sonra “, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2023-cü il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55