“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

07 fevral 2023, 18:38

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367, № 11, maddə 1257, № 12, maddə 1443; 2016, № 12, maddə 1985; 2017, № 6, maddə 1047; 2020, № 7, maddə 826; 2021, № 6 (I kitab), maddə 545; 2022, № 3, maddə 192) 12-ci maddəsinin dördüncü – səkkizinci hissələri müvafiq olaraq beşinci – doqquzuncu hissələr hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya dini qurum tərəfindən təmin edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm...

18 mart 2023, 19:05
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:21
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

18 mart 2023, 18:21
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:19
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti...

18 mart 2023, 18:19
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:17
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti...

18 mart 2023, 18:17
SƏNƏDLƏR Sərəncamlar 17 mart 2023
15:28
E.N.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                               

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra...

17 mart 2023, 15:28