“Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

13 avqust 2010, 18:45

“Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 672) aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Rayon (şəhər) məhkəmələri üzrə” bölməsinin 1.3.28-ci bəndində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə - “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, yerli iqtisad məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası”nın “5. Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri” bölməsinin 5.2-ci bəndində, “12. Sumqayıt yerli iqtisad məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri” bölməsinin 12.2-ci bəndində, “21. Sumqayıt Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri” bölməsinin 21.2-ci bəndində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 225, № 11, maddə 886; 2010-cu il, № 2, maddələr 78, 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Giriş” hissəsinin 3.5-ci bəndində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin;
2.2. “4. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın “Dəvəçi rayonu” bölməsinin adında, 4.3.5.13-cü, 4.3.5.14-cü, 4.3.5.15-ci, 4.3.5.17-ci, 4.3.5.18-ci, 4.3.5.19-cu, 4.3.5.20-ci, 4.3.5.24-cü bəndlərinin “Tədbirin adı” sütununda “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

3. “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 206, № 10, maddə 640; 2006-cı il, № 5, maddə 414; 2008-ci il, № 8, maddələr 715, 733; 2009-cu il, № 10, maddə 806) ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən paylayıcı elektrik şəbəkələri”ndə “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 1122 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 51) 1-ci bəndində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90, № 8, maddə 769; 2008-ci il, № 8, maddələr 715, 733) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın “Giriş” hissəsinin “Azərbaycan Respublikası haqqında qısa Məlumat” bölməsinin beşinci abzasında, 1-ci - “Təbii meşələrin bərpası” bölməsinin 1.1.1-ci bəndinin ikinci abzasında, 1.2.1-ci bəndinin ikinci abzasında, 2-ci - “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin ikinci abzasında, 2.2.1-ci bəndinin ikinci abzasında, 2.3.1-ci bəndinin ikinci abzasında, 3-cü - “Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə)” bölməsinin 3.1.1-ci bəndinin ikinci abzasında, 4-cü - “Qeyri-meşə fondu torpaqlarında meşə və yaşıllıqların salınması” bölməsinin 4.1.3-cü bəndində, 5-ci - “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin ikinci abzasında, 5.1-ci bəndindəki 1 nömrəli cədvəlin “Zona və rayonlar” sütununun 1-ci sırasında, 6-cı - “Ərazilərində meşə sahələri mövcud olan yaşayış məntəqələrində meşə fondu ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması” bölməsinin 6.1-ci bəndinin ikinci abzasında, 7-ci - “Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyənləşdirilməsi və istifadəsi” bölməsinin beşinci abzasında, 7.1.1-ci bəndinin ikinci abzasında, 10-cu - “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin üçüncü abzasında “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 104; 2008-ci il, № 8, maddə 715; 2009-cu il, № 11, maddə 886) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər” bölməsinin 63-cü bəndinin “Tədbirin adı” sütununda “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30