“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 fevral 2023, 17:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1.1-ci yarımbənd üzrə:

1.1. 3-cü abzasa “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb onları” sözləri və “tərbiyə etmiş” sözlərindən sonra “və böyütmüş” sözləri əlavə edilsin;

1.2. 4-cü abzasdan “18 yaşınadək” sözləri çıxarılsın;

1.3. 5-ci abzasa “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilsin.

2. 5.2.2-ci yarımbənd üzrə:

2.1. 8.1-ci bəndə “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb onları” sözləri və “tərbiyə etmiş” sözlərindən sonra “və böyütmüş” sözləri əlavə edilsin;

2.2. 8.2-ci bənddən “18 yaşınadək” sözləri çıxarılsın;

2.3. 8.3-cü bəndə “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2023-cü il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55