18 yanvar 2023, 13:40

Ramil Həsənovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı qərarlarınızın əsas hədəfi vətəndaşların sosial rifahının daha da yüksəldilməsidir. Bu qəbildən olan qərarlarınızın davamlı olması bizim xoş gələcəyə inamımızı artırır.

Qırx dörd günlük Vətən müharibəsinin qazisi kimi Sizinlə fəxr edirəm. Sizin bizə, insan amilinə verdiyiniz dəyər ölkədə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərir.

Çox sağ olun, cənab Prezident. Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Həsənov Ramil Akif oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.