14:00
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 yanvar 2023, 15:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin birinci cümləsində, 5.5-ci maddəsində, 5.6-cı və 5.7-ci maddələrinin birinci cümlələrində, 5.8-ci, 6.2-ci, 6.4-cü maddələrində, 7.1-ci maddəsinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.2-ci və 7.3-cü maddələrinin birinci abzaslarında, 7.4-cü maddəsində, 7.5-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsində, 8.3-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 8.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 8.9-cu maddəsində (hər iki halda), 9.3-cü maddəsinin birinci abzasında, 9.5-ci, 9.6-cı, 10.6-cı, 13.6-cı, 19.3-cü maddələrində, 21.5-ci maddəsinin ikinci cümləsində, 24.6-cı maddəsinin birinci cümləsində, 25.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 26.5-ci, 27.4-cü, 30.1-ci maddələrində, 30.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 30.3-cü, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2. həmin Qanunun 24.6-cı maddəsinin birinci cümləsində və 27.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3. həmin Qanunun 5.4-cü maddəsinin birinci cümləsində, 5.5-ci maddəsində, 5.6-cı və 5.7-ci maddələrinin birinci cümlələrində, 5.8-ci, 6.2-ci, 6.4-cü maddələrində, 7.1-ci maddəsinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.2-ci və 7.3-cü maddələrinin birinci abzaslarında, 7.4-cü maddəsində, 7.5-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsində, 8.3-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 8.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 8.9-cu maddəsində (hər iki halda), 9.3-cü maddəsinin birinci abzasında, 9.5-ci, 9.6-cı, 10.6-cı, 13.6-cı, 19.3-cü maddələrində, 21.5-ci maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsində, 30.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 30.3-cü, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;
4. həmin Qanunun 25.7-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
5. həmin Qanunun 26.5-ci maddəsində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. üç ay müddətində:
2.2.1. həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2.2. həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 418; 2014, № 11, maddə 1380) 2-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2023-cü il
14:00
13:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası...
28 mart 2023, 13:0618:45
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm.
Azərbaycan...
27 mart 2023, 18:4520:00

17:35
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Şarl Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı...
25 mart 2023, 17:3511:00
Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq...
25 mart 2023, 11:0009:05
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və...
24 mart 2023, 09:0518:35
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə...
21 mart 2023, 18:3519:10
19:10
19:05
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm...
18 mart 2023, 19:0519:00
