21:00
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində müəyyən edilmiş strateji məqsədlərə çatmaq üçün nəzərdə tutulmuş prioritet tədbirlərin həyata keçirilməsi üzrə 2018–2021-ci illərdə zəruri addımlar atılaraq, dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Strategiyada qarşıya qoyulmuş hədəflərin müvafiq qaydada yenidən qiymətləndirilməsinin zəruriliyini, habelə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən olunmuş prioritetləri nəzərə alaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan prioritet tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməsini təmin etsin və bu barədə hər ilin yekunu üzrə növbəti ilin fevral ayının 25-dən gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;
2.2. Azərbaycan Respublikasında icra edilən və gələcəkdə planlaşdırılan layihələrin və dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan prioritet tədbirlərin icrası, o cümlədən ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcunun) ümumi daxili məhsula nisbəti üzrə hədəflənən göstəricisi gözlənilməklə, 2022–2025-ci illər ərzində, bazar şərtləri nəzərə alınmaqla, dövlət büdcəsində müəyyən ediləcək yuxarı hədlər daxilində dövlət borcalmalarının daxili və xarici mənbələr hesabına həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair ə...
07 oktyabr 2026, 15:36Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçili...
07 oktyabr 2026, 15:30Hörmətli konfrans iştirakçıları!
Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmü...
07 oktyabr 2026, 09:55Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (A...
06 oktyabr 2026, 17:12Zati-aliləri,
Xanımlar və cənablar,
Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirə...
06 oktyabr 2026, 15:38