Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

29 dekabr 2022, 19:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzun illərdir millətin görkəmli lideri kimi ölkənin hərtərəfli inkişafı məsələlərinin həllində ən heyranedici nəticələri əldə edərək, Azərbaycan xalqını tərəqqi yolu ilə aparırsınız. Sizin zəngin təcrübəniz, biliyiniz, müdrikliyiniz və rəhbərlik istedadınız, məqsədyönlülüyünüz və işə fədakar yanaşmanız xüsusi hörmətə layiqdir.

Azərbaycan Respublikasının uğurları həm Sizin mübahisəsiz nüfuzunuzun, həm də aparılan siyasi kursa ümumxalq dəstəyinin əsaslı sübutudur. Sizin təşəbbüsünüzlə respublikada həyata keçirilən dəyişikliklər, milli iqtisadiyyatın inkişafı, nəhəng infrastruktur layihələrinin icrası, xalqın rifahının yaxşılaşdırılması Sizə həmvətənlərinizin dərin hörmətini və yüksək etimadını qazandırmışdır.

Siz Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün ən vacib amillərdən olan strateji tərəfdaşlığın genişləndirilməsinə və ölkələrimizin müttəfiqliyinə böyük şəxsi töhfə verirsiniz. Parlamentlərarası əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, azərbaycanlı həmkarımızla səmimi dialoqumuz yaranıb və biz sabitliyin möhkəmləndirilməsi, Rusiya və Azərbaycan xalqlarının rifahının daha da yaxşılaşmasına yönələn birgə layihələrin həyata keçirilməsi üçün hər cür səy göstərəcəyik.

Sizi gözəl həmsöhbət, xüsusilə iti zəkaya və incə yumor hissinə malik hərtərəfli və valehedici insan kimi tanıyıram, aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Sizinlə görüşlərimizi və söhbətlərimizi məmnunluqla xatırlayıram.

Hörmətli İlham Heydər oğlu, əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz bundan sonra da qardaş Azərbaycanın mənafeyi naminə qarşıya qoyulmuş məqsədlərə çatmağa kömək edəcək. Sizə və mehriban ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram. Qoy, evinizdə daim xoş günlər olsun!

Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Valentina Matviyenko

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20