Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 dekabr 2022, 19:29

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 1944) ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd üzrə:

1.1. birinci cümlədə “vəsaitlərin” sözü “vəsaitlər” sözü ilə əvəz edilsin və həmin cümlədən “yuxarı həddi” sözləri çıxarılsın;

1.2. ikinci cümlə çıxarılsın.

2. 2.1-ci bənddən “, vəsaitlərin publik hüquqi şəxslər üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq bölgüsü aparıldığı tarixdən 15 iş günü müddətində” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 2.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1-1. Müqavilə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq vəsait proqnozlaşdırıldıqdan sonra publik hüquqi şəxs tərəfindən cari ildə icra edilməsi nəzərdə tutulan, lakin icrası təmin edilməyən tədbirlər üzrə qalıq vəsait də nəzərə alınmaqla bağlanılır.”.

4. 3.2-ci bənddən “aylıq,” sözü çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55