13:25

Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etmək baxımından səmərəli olacağını bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. NATO iqamətgahına sonuncu səfərini və diplomatik korpusun nümayəndələri ilə keçirdiyi görüşləri və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorka səfərini, eləcə də NATO-nun Çikaqo sammitində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın inkişafına dair aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Ölkəmizin NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakının, tranzit ölkə kimi Əfqanıstana yüklərin daşımasındakı rolunun və “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində uğurlu əməkdaşlığının önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığa bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
NATO-nun baş katibi Anders Foq Rasmussen ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Azərbaycanda gedən yüksək inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyən baş katib ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan məmnunluğunu ifadə etdi. Anders Foq Rasmussen Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin gələcək inkişafı, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43