Azərbaycan Respublikası Prezidentinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 113 nömrəli, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 150 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 24 dekabr tarixli 237 nömrəli, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 266 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 290 nömrəli və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 dekabr 2022, 17:41

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 165; 2001, № 12, maddə 755; 2008, № 9, maddə 798; 2016, № 2 (II kitab), maddə 251) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;

1.2. beşinci abzasdan “7-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın və həmin abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.3. altıncı abzas yeddinci abzas hesab olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”.

2. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 412; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 253) 2-ci hissəsinin dördüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12 (II kitab), maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843; 2020, № 5, maddə 559) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci və 2.1-1-ci bəndlərdə ismin müvafiq hallarında “bənd” sözü ismin müvafiq hallarında “hissə” sözü ilə əvəz edilsin;

3.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. həmin Məcəllənin 6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında, 65-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

3.3. 2.3-cü bənddə “bəndində” və “bəndlərində” sözləri müvafiq olaraq “hissəsində” və “hissələrində” sözləri ilə əvəz edilsin;

3.4. 2.3-1-ci bənddə “bəndinin” sözü “hissəsinin” sözü ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.5. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Məcəllənin 6-cı maddəsinin ikinci, üçüncü və on birinci abzaslarında və 38-ci maddəsində nəzərdə tutulmuş sahələrdə dövlətin səlahiyyətlərini (vəzifələrini), fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”;

3.6. 2.5-ci bənddə “bəndində” sözü “hissəsində” sözü ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.7. 2.6-cı bənddə “bəndinin” sözü “hissəsinin” sözü ilə və hər iki halda ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.8. 2.7 – 2.9-cu bəndlərdə “bəndinin” sözü “hissəsinin” sözü ilə əvəz edilsin;

3.9. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

4. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 237 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 717; 2001, № 12, maddə 755; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 251) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissənin üçüncü abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.2. 5-ci və 6-cı hissələrdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 45; 2001, № 12, maddə 755; 2008, № 8, maddə 719; 2010, № 3, maddə 181, № 10, maddə 848; 2011, № 4, maddə 292; 2016, № 2 (II kitab), maddə 251; 2020, № 1, maddə 8) 2-ci hissəsinin dördüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 290 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 157; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2016, № 2 (II kitab), maddə 246) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. dördüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə, “əlaqəli mərkəzi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri hüdudlarında” sözləri “aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;

6.2. beşinci abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

6.3. altıncı abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddələr 542, 610; 2012, № 11, maddə 1081; 2014, № 11, maddə 1419; 2016, № 2 (II kitab), maddə 240; 2021, № 7, maddə 728) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”;

7.2. səkkizinci (hər altı halda), onuncu, on birinci, on yeddinci və on doqquzuncu abzaslarda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

7.3. doqquzuncu abzasda “bəndlərində” və hər iki halda “bəndində” sözü müvafiq olaraq “hissələrində” və “hissəsində” sözləri ilə əvəz edilsin;

7.4. on birinci abzasda “bəndində” sözü “hissəsində” sözü ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

7.5. on üçüncü abzasda (hər dörd halda) “bəndində” sözü “hissəsində” sözü ilə, “bəndinin” sözü “hissəsinin” sözü ilə, “öz səlahiyyətləri hüdudlarında” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə və “dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə)” sözləri ilə əvəz edilsin;

7.6. on dördüncü və on səkkizinci abzaslarda “bəndinin” sözü “hissəsinin” sözü ilə əvəz edilsin;

7.7. on beşinci abzasda “bəndində” sözü “hissəsində” sözü ilə, “dövlət müəssisə, idarə və təşkilatların” sözləri “dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

7.8. on altıncı abzasda hər iki halda “bəndində” sözü “hissəsində” sözü ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49