Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2001-ci il 11 iyun tarixli 497 nömrəli, “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2001-ci il 11 iyun tarixli 498 nömrəli, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2001-ci il 4 iyul tarixli 528 nömrəli, “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2001-ci il 4 iyul tarixli 531 nömrəli, “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 17 iyul tarixli 533 nömrəli, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 mart tarixli 672 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2002-ci il 18 aprel tarixli 691 nömrəli, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2002-ci il 6 may tarixli 696 nömrəli və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli 783 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 dekabr 2022, 17:14

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 395; 2003, № 12 (II kitab), maddə 719; 2005, № 5, maddə 401; 2006, № 7, maddə 590; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2016, № 9, maddə 1465) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları” üzrə:

1.2.1. 2.2-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə,” sözləri çıxarılsın;

1.2.2. 3.1-ci, 3.3-cü (hər iki halda) bəndlərdə, 4.3-cü bəndin birinci abzasının ikinci cümləsində, 4.5-ci və 5.2-ci bəndlərin ikinci abzaslarında “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

1.2.3. 3.2-ci bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin və həmin bənddən “və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri çıxarılsın;

1.2.4. 4.2-ci bəndin ikinci abzasında “Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin;

1.2.5. 5.1-ci bəndin ikinci abzasında “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin və həmin abzasdan “və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 498 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 396; 2003, № 10, maddə 572; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 7, maddə 610) ilə təsdiq edilmiş “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

2.2. 5-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

2.3. 9-cu hissənin ikinci–dördüncü və altıncı abzaslarında ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 528 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 465; 2016, № 2 (II kitab), maddə 251) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.2. 3-cü hissənin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

3.3. 4-cü hissə üzrə:

3.3.1. birinci abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;

3.3.2. “f)” yarımbəndində “icrası məcburi olan normativ xarakterli qərarlar qəbul etmək” sözləri “qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər vermək” sözləri ilə əvəz edilsin;

3.4. 5-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 468; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1556; 2015, № 9, maddə 1018; 2016, № 2 (II kitab), maddələr 234, 251; 2018, № 4, maddə 688; 2020, № 1, maddə 16) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 3.2-ci bəndində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 470; 2006, № 7, maddə 590; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470) ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.8-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – ƏMDK) tərəfindən” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

5.2. 2.1-ci bəndin birinci abzasında, 3.2-ci bənddə, 3.3-cü bəndin ikinci abzasında, 4.2-ci və 4.6-cı bəndlərin birinci və ikinci abzaslarında, 4.8-ci bənddə, 5.7-ci bəndin onuncu abzasında, 5.8-ci bəndin birinci və ikinci cümlələrində, 5.9-cu bəndin birinci cümləsində, 6.2-ci bəndin birinci abzasının birinci cümləsində, 6.4-cü, 7.1-ci, 7.2-ci, 7.5-ci bəndlərdə, 7.6-cı bəndin birinci cümləsində və 7.7-ci bənddə ismin müvafiq hallarında “ƏMDK” akronimi ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

5.3. 3.1-ci bənd üzrə:

5.3.1. birinci cümlədə “ƏMDK” akronimi “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

5.3.2. ikinci cümlədə “3 (üç) nəfər ƏMDK” sözləri “5 (beş) nəfər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,” və “Azərbaycan Respublikası Vergilər Nazirliyi,” sözləri çıxarılsın;

5.4. 6.3-cü bəndin birinci cümləsində “ƏMDK” akronimi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 7, maddə 610; 2011, № 4, maddə 280; 2018, № 12 (I kitab), maddə 2613; 2021, № 12, maddə 1399) 2.3-cü bəndində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli 691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 189; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci və 3-cü hissələrində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

8. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 263; 2006, № 8, maddə 666; 2007, № 11, maddə 1110; 2014, № 3, maddə 241; 2016, № 2 (II kitab), maddə 251; 2019, № 5, maddə 843) 2-ci hissəsinin üçüncü–beşinci abzaslarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 sentyabr tarixli 783 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 556; 2006, № 7, maddə 590; 2007, № 12, maddə 1246; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissənin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda beşinci – səkkizinci abzaslar əlavə edilsin:

“onun sərəncamına verilmiş dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsini sürətləndirsin;

dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərracların tam aşkar şəraitdə aparılmasını təmin etsin;

dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

dövlət əmlakının icarəyə verilməsi işini təkmilləşdirsin.”;

9.2. 4-cü hissə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49