14:00
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” çərçivəsində özəlləşdirilməsi barədə” 2001-ci il 22 mart tarixli 449 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
28 dekabr 2022, 16:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 605; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2021, № 12, maddə 1351) 2.4-cü bəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, № 11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 567, № 12, maddə 1351; 2022, № 5, maddə 455) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissəsinin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” üzrə:
2.2.1. 1.1-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsidir (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
2.2.2. 4.1.3-cü yarımbənddə, 4.2.4-cü və 4.2.5-ci yarımbəndlərin beşinci və yeddinci abzaslarında, 4.2.6-cı yarımbəndin birinci cümləsində, 4.2.7-ci yarımbənddə, 4.4.2-ci yarımbənddə, 4.5.2-ci yarımbəndin ikinci abzasının ikinci cümləsində, 4.6.2-ci yarımbəndin birinci abzasında, 4.6.5-ci yarımbəndin birinci abzasında, 5.3-cü bənddə, 5.12-ci bənddə, 6.3-cü bənddə, 9.1-ci bəndin birinci cümləsində, 9.2-ci bəndin birinci abzasında, 13.2-ci bəndin ikinci abzasında, 14.1-ci bənddə, 14.2-ci bənddə (hər iki halda), 15.4-cü bəndin birinci cümləsində, 17.1-ci bəndin birinci abzasında, 17.3-cü bənddə və 17.4-cü bəndin ikinci abzasında ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
2.2.3. 2-ci hissənin beşinci abzasında, 2.3-cü bəndin adında, 4.1.1-ci yarımbənddə, 4.2-ci bənddə, 4.2.4-cü yarımbəndin dördüncü abzasının üçüncü cümləsində və altıncı abzasında, 4.2.5-ci yarımbəndin dördüncü abzasının ikinci cümləsində və altıncı abzasında, 4.5.4-cü yarımbəndin ikinci cümləsində, 4.6.4-cü yarımbəndin birinci cümləsində, 5.5-ci bəndin birinci cümləsində, 5.8-ci bəndin beşinci abzasında, 6.9-cu bənddə, 7.1-ci bəndin birinci cümləsində və 7.4-cü bəndin birinci abzasında ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2.4. 6.6-cı bənddə, 7.2-ci bəndin birinci cümləsində, 8.1-ci bənddə, 18.1-ci bəndin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2.5. 4.5.1-ci yarımbəndin ikinci cümləsində “Dövlət Əmlakı” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin;
2.2.6. 5.4-cü bənd üzrə:
1. birinci abzasın ikinci cümləsində “təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
2. yeddinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
3. səkkizinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
4. doqquzuncu abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsinin təsis sənədlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində baxılır və təsdiq (müəssisənin nizamnaməsinə münasibətdə Dövlət Xidmətinin təklifləri əsasında) edilir.”;
2.2.7. 6.10-cu bənd üzrə:
1. birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
2. ikinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2.8. 10.5-ci bəndin ikinci abzasında “onlar” sözü “xarici investorların” sözləri ilə, “müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinə vergi orqanları tərəfindən təsdiq edilmiş arayış təqdim edirlər” sözləri “məlumatlar (sənədlər) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-1-ci maddəsində müəyyən edilmiş qaydada Dövlət Xidməti tərəfindən əldə olunur” sözləri ilə əvəz edilsin;
2.2.9. 15.2-ci bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri ” sözləri çıxarılsın;
2.2.10. 18-ci hissə üzrə:
1. adında, 18.4-cü bəndin birinci və ikinci cümlələrində, 18.5-ci bənddə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
2. 18.2-ci bənddə “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;
3. 18.3-cü bənddə “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə və “şəhadətnamələr” sözü “hüquq təsdiqedici sənədlər” sözləri ilə əvəz edilsin.
3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2002, № 1, maddə 52; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2018, № 11, maddə 2279; 2021, № 7, maddə 729) 1-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 721; 2001, № 12, maddə 755; 2009, № 8, maddə 624, № 12, maddə 985; 2012, № 9, maddə 846, № 12, maddə 1262; 2013, № 6, maddə 647; 2016, № 2 (II kitab), maddə 251) 2.4-cü və 2.5-ci bəndlərində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41; 2022, № 5, maddə 455) aşağıdakı dəyişikliklər edilsin:
5.1. XIII hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə” üzrə:
5.2.1. 2.1-ci bəndin ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Əmlak Məsələləri Dövlət Komitəsi)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
5.2.2. 2.2-ci bənd üzrə:
1. birinci cümlədə “təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
2. ikinci cümlədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;
5.2.3. 2.3-cü bənd üzrə:
1. ikinci abzasın birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin (1 nəfər)” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 3 nəfər (2 nəfər Dövlət Xidmətinin və 1 nəfər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi olmaqla) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər)” sözləri ilə, ikinci cümləsində isə “Əmlak Məsələləri Dövlət Komitəsinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər)” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (4 nəfər – 2 nəfər Dövlət Xidmətindən və 1 nəfər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən olmaqla)” sözləri ilə əvəz edilsin və həmin cümlədən “, Azərbaycan Respublikası Vergilər Nazirliyinin (1 nəfər)” sözləri çıxarılsın;
2. üçüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (2 nəfər)” sözləri “İqtisadiyyat Nazirliyinin (5 nəfər – 2 nəfər Dövlət Xidmətindən və 1 nəfər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən olmaqla)” sözləri ilə əvəz edilsin və “, Azərbaycan Respublikası Vergilər Nazirliyinin (1 nəfər)” sözləri çıxarılsın;
5.2.4. 2.4-cü bəndin birinci cümləsində (hər iki halda), 4.1-ci bəndin üçüncü abzasında, 5.6-cı bənddə, 5.7-ci bəndin beşinci və altıncı abzaslarında ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.2.5. 3.1-ci bənd üzrə:
1. ikinci abzasda “təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
2. dördüncü və beşinci abzaslarda “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
5.2.6. 5.9-cu bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edildikdən” sözləri “Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra (müəssisənin nizamnaməsini Dövlət Xidmətinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təsdiq edir)” sözləri ilə əvəz edilsin;
5.3. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.3.1. 4.2-ci bənd üzrə:
1. birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
2. onuncu abzasın birinci və ikinci cümlələrində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
3. 4.2.1-ci yarımbəndin ikinci cümləsində və 4.2.2-ci yarımbəndin birinci abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.4. həmin Fərmanla təsdiq edilmiş “Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə” üzrə:
5.4.1. 4.1-ci bəndin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.4.2. 4.2-ci bənd üzrə:
1. dördüncü abzasın üçüncü cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2. altıncı abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
3. yeddinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
4. səkkizinci abzasın birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.4.3. 5.1-ci bəndin üçüncü cümləsində və 6.1-ci bəndin birinci abzasında ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.4.4. 6.2-ci bənd üzrə
1. birinci halda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
2. ikinci halda “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.
5.5. həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə” üzrə:
5.5.1. 4-cü hissə üzrə:
1. birinci cümlədə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
2. ikinci cümlədə (hər iki halda) ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.5.2. 7-ci hissədə, 9-cu hissənin ikinci abzasında, 11-ci hissənin birinci və ikinci abzaslarında və 18-ci hissənin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.5.3. 13-cü hissənin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsində” sözləri “Dövlət Xidmətində” sözləri ilə əvəz edilsin;
5.5.4. 16-cı hissənin birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
5.5.5. 20-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə və “onun” sözü “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.
5.6. həmin Fərmanla təsdiq edilmiş “Dövlət özəlləşdirmə opsionları haqqında Əsasnamə” üzrə:
5.6.1. 3-cü hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK)” sözləri “Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;
5.6.2. 5-ci hissədə və 7-ci hissənin ikinci abzasında “QKDK” akronimi “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
5.6.3. 10-cu hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi 3 (üç) nəfər Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi, həmin Dövlət Xidmətinin 3 (üç) nəfər” sözləri ilə, “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;
5.7. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi Qaydaları” üzrə:
5.7.1. 1.4-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
5.7.2. 2.1-ci bəndin dördüncü abzasında, 2.3-cü və 3.1-ci bəndlərdə, 3.4-cü bəndin altıncı və yeddinci abzaslarında, 4.1-ci və 5.2-ci bəndlərdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.7.3. 3.2-ci bənddə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.7.4. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.2. Müsabiqə komissiyası 7 (yeddi) üzvdən ibarət olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (6 nəfər, o cümlədən 3 nəfər – Dövlət Xidmətindən və 1 nəfər – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən formalaşdırılır.”;
5.8. həmin Fərmanla təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları” üzrə:
5.8.1. 1.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.8.2. 2.1-ci bəndin ikinci abzasında “Satıcının” sözü “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi)” sözləri ilə əvəz edilsin;
5.8.3. 3.2-ci bəndin birinci cümləsində “satıcının” sözü “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.8.4. 4.7-ci bənddə “Satıcısının” sözü “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.8.5. 5.6-cı bəndin birinci abzasında “Satıcının” sözü “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.9. həmin Fərmanla təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları” üzrə:
5.9.1. 1.4-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
5.9.2. 2.1-ci bənd üzrə
1. birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
2. ikinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.9.3. 2.2-ci bəndin on ikinci abzasında, 3.3-cü bəndin altıncı və səkkizinci abzaslarında, 3.8-ci və 4.1-ci bəndlərdə, 4.2-ci bəndin üçüncü, dördüncü, altıncı, yeddinci abzaslarında, 6.1-ci bəndin doqquzuncu abzasında, 7.1-ci bəndin birinci abzasının ikinci cümləsində, 8.1-ci və 8.2-ci bəndlərdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.9.4. 3.2-ci bəndin birinci cümləsində “satıcının” sözü “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.9.5. 6.1-ci bəndin səkkizinci abzasında “Respublika Auksion Mərkəzinə (onun zona bölmələrinə)” sözləri “Hərracların Təşkili Mərkəzinə” sözləri ilə əvəz edilsin;
5.9.6. 7.2-ci bəndin birinci abzasının birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.10. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özəlləşdirilməsi Qaydaları”nın 1.4-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.11. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları” üzrə:
5.11.1. 3-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
5.11.2. 8-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
5.11.3. 9-cu hissədə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;
5.12. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi Qaydaları” üzrə:
5.12.1. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;
5.12.2. 6-cı hissəsinin birinci cümləsində və 7-ci hissəsinin ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” çərçivəsində özəlləşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 449 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 157, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 3-cü hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2022-ci il
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49