Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyasdan

26 dekabr 2022, 16:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Şimali Makedoniya Türk Demokratik Partiyası, Şimali Makedoniya türkləri adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Çox xoşdur ki, Zati-alinizin liderliyi ilə Azərbaycan Respublikasının gündən-günə gücləndiyinə və beynəlxalq miqyasda layiq olduğu mövqeyə çatdığına şahidlik edir, Türk dünyası olaraq bununla sonsuz qürur duyuruq. Türkiyə Respublikası və Azərbaycan Respublikası başda olmaqla bütün Türk dövlətləri güclü olduqca, Balkan ölkələrində yaşayan biz türklər də güclü qala biləcəyimizə inanırıq.

Yeni yaşınızda Sizə cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycandakı bütün soydaşlarımıza rifah və əmin-amanlıq arzulayıram.

Dərin hörmətlə,

Beycan İlyas

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55