“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan

24 dekabr 2022, 17:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin doğum gününüz münasibətilə Sizə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və əməkdaşları adından ən səmimi təbriklərimi çatdırım.

Müdrik dövlət xadimi, uzaqgörən siyasətçi, nəcib insan və vətəndaş kimi yüksək keyfiyyətləriniz Sizə təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından uzaqlarda da haqlı olaraq hörmət və nüfuz qazandırıb.

Ölkə Prezidenti vəzifəsində fəaliyyətiniz Azərbaycan xalqında gələcəyə böyük inam yaradır. Biz qəti əminik ki, ali dövləti vəzifədə məsul işiniz bundan sonra da hərtərəfli inkişafa, sülhə, firavanlığa və Vətəninizin iqtisadi sabitliyinə şərait yaradacaq.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, daimi uğurlar və gözəl ölkənizin əməksevər xalqının rifahı naminə yeni böyük zəfərlər diləyirəm.

Dərin hörmətlə,

İqor Makarov

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20