Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

24 dekabr 2022, 16:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqe və böyük nüfuz qazanması, yeni-yeni uğurlara imza atması Sizin ölkənin gələcəyi naminə göstərdiyiniz əvəzolunmaz xidmətlərin nəticəsidir. Sizin yüksək şəxsi keyfiyyətləriniz, Vətənə, xalqa olan məhəbbətiniz və bağlılığınız, hər zaman dövlətin milli maraqlarından çıxış edən uğurlu diplomatik addımlarınız şərəfli missiyanızın parlaq göstəriciləridir.

Sizin bu ili ölkədə “Şuşa İli” elan etməyiniz Azərbaycanın və bütövlükdə Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin ayrılmaz və önəmli parçası olan Şuşanın dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin bərpası yönündə mühüm hadisə oldu.

Zati-alinizin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qarabağin incisi olan Şuşanın 2023-cü ili eyni zamanda “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qarşılayacağını səbirsizliklə gözləyir və biz şəhərin bu fəxri statusu yüksək səviyyədə daşımasına öz töhfəmizi verməyə hazırlaşırıq. Qürur hissi keçiririk ki, bu il ilk dəfə Fond tərəfindən Azərbaycandan kənarda - doğma Türkiyəmizdə “Şuşa günləri" təşkil olunmuşdur. Biz bütün fəaliyyətimizdə Sizin daimi dəstəyinizi hiss edirik.

Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Dərin hörmətlə,

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11