09:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
10 may 2025, 09:55Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından 2022-ci ilin də çox uğurla başa çatdığını bildirərək bu il Özbəkistana 3 dəfə səfər etdiyini xatırlatdı. Prezident İlham Əliyev bu səfərlər zamanı keçirilən görüşlərdə əməkdaşlığımızın genişlənməsi ilə bağlı müəyyən edilmiş bütün sahələr üzrə qarşıya qoyulan məqsədlərə çatmaqdan məmnunluğunu ifadə etdi və 2023-cü ildə də əlaqələrimizin inkişaf dinamikasının saxlanılacağına əminliyini bildirdi. Dövlətimizin başçısı sənaye, kənd təsərrüfatı, hərbi-texniki, nəqliyyat, təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı zəmin yaradıldığını vurğuladı.
Cəmşid Xocayev, ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ad günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında şəxsi əlaqələrin münasibətlərimizin inkişafında rolunu xüsusi olaraq qeyd etdi, belə bir əlamətdar gündə Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük şərəf hissi duyduqlarını dedi.
Prezident İlham Əliyev salamlara və təbrikə görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə dövlətimizin başçısını təbrik edən Cəmşid Xocayev vurğuladı ki, bu, bütün Türk dünyasının Qələbəsidir. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi qeyd etdi.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı, ticarət dövriyyəsinin artdığı qeyd olundu, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışıldı.
Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
10 may 2025, 09:55Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı...
10 may 2025, 09:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50