19:10
Dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.
Dövlətimizin başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyətlə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına etiraz edirlər.
Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsinə maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb.
Dövlətimizin başçısı vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib.
Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib.
Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.
Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etima...
01 sentyabr 2026, 11:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06