Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

23 dekabr 2022, 18:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştə və xalqa sədaqət nümunəsi olan keyfiyyətləriniz Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq dərin hörmət qazandırır. Fərəhlə qeyd etməliyəm ki, Sizin strateji baxışlarınız və həyata keçirdiyiniz səmərəli iqtisadi islahatlar Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu və Azərbaycan xalqının rifahını əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanlarının genişlənməsi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində bu il misli görünməmiş səviyyəyə yüksəlmişdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz enerji arzu edirəm.

Hörmətlə,

Sadır Japarov

Qırğız Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55